Cümə, 2024-05-03, 5:16 PM
Salam Qonaq | RSS
//dark-streets.ucoz.net/
Ana Səhifə | | Qeydiyyat | Giriş
Menyu
Menyu
Sualımız
Saytımız necədir?
Total of answers: 12
Sayğac

Cəmi Onlaynda: 1
Qonaq: 1
İstifadəçi: 0
Main » 2009 » İyun » 11 » Türk Dizaynçının Xəyali Gerçək Oldu
Türk Dizaynçının Xəyali Gerçək Oldu
11:13 AM
Hollandiyada yaşayan Uğur Şahin adlı bir Türk tərəfindən kompüter dəstəkli yaradılan avtomobil dizaynı, dünya daxilində böyük bəyənmə yığınca, Ohio mərkəzli bir tuning şirkəti bu dizaynı şablon götürərək, Şahinin xəyalini gerçəyə çevirdi. Dünyanın ən sürətli vasitələrindən biri olan Corvette üçün yeni bir dizayn meydana gətirən Uğur Şahin, USD Corvette Z03 adını verdiyi modeli ilə dünyada çox səs gətirdi. Kompüter dəstəkli meydana gətirdiyi animasiyanın ardından Şahinin bu dizaynı ABŞın Ohio əyalətindəki Mallett adlı bir tuning şirkəti tərəfindən qiymətləndirməyə alındı. Corvette tərəfindən hələ ardıcıl olaraq çıxarılmayan bu modeli, yenə Corvette tərəfindən çıxarılan C6 ya da Z06 üzərində etdikləri bəzi dəyişikliklərlə birə-bir meydana gətirən Mallett, Şahinin xəyalini gerçəyə çevirmiş oldu. Corvette C3ün klassik xəttlərini təməl alan Şahinin meydana gətirdiyi bu yeni modeldə daha iti xəttlər və daha geniş hava tunelləri ilə təhrikedici bir görünüşə sahib ön küləkliklər, Mallettin tətbiq etdiyi dizaynda da birə-bir olaraq tətbiq olundu. USD Corvette Z03 üçün 7 litrlik 700 atlıq kompresör və 999 atlıq Biturbo versiyaları olan LS7-Corvette mühərriki istifadə edildi. Bu nəhəng mühərrik ilə 0dan 100 kilometr sürətə 3 saniyə kimi qısa müddətdə çatan Z03, maksimum 354 kilometr sürət edə bilir. Mallett, C6 ya da Z06a USD Corvette Z03 görünüşü vermək üçün 70 min dollar tələb edərkən, 700 atlıq kompresör mühərrik əlavəsi üçün 33 min dollar, 999 atlıq mühərrik üçün isə 36 min dollar əlavə xərc çıxarır. Kənar yandan Hollandiyada Otel Administratorluğu hissəsini bitirən Uğur Şahin, hər hansı bir texniki təhsil almamış olmasına baxmayaraq professional avtomobil dizaynları çəkir. Şəkil proqramını istifadə etməni öz başına öyrəndiyini ifadə edən Şahin, bir-bir yeni dizaynlara imza atır.
Fikirlərinizi bildirməyi unutmayın !!!

Views: 835 | Added by: RocK_RideR | Rating: 5.0/1 |
Total comments: 0
Name *:
Email *:
Code *:
Daxil Ol
Təqvim
«  İyun 2009  »
BzB.eÇ.aÇəC.aŞə
 123456
78910111213
14151617181920
21222324252627
282930
Axtar
Arxiv

WebTeam&ArTeam

Dark-Street, pogy, RocK_RideR

Site created in uCoz